image-2000x150px
image-123
image-ads_atlas
image-maqnitbackend

Maqnit qasırğasından necə qorunmalı?

image-728x90px

Sinoptikər gözlənilən maqnit qasırğası barədə proqnoz verərkən meteohəssas insanların başağrısı, təzyiq artımı, yuxusuzluq, oynaq ağrısı, yuxululuq, yorğunluq kimi hallarla qarşılaşa biləcəyi ilə bağlı da xəbərdarlıq edirlər.

Bu sahə üzrə dünyanın tanınmış alimlərinə istinadla məlumat verir ki, ilin müəyyən günlərində meteohəssas insanların səhhətində problemlər yarana bilər. Buna səbəb Yerin maqnit sahəsində müşahidə edilən fırtınalardır. Həmin günlərdə bütün xroniki xəstəliklərin ağırlaşması mümkündür.

Mütəxəssislər geomaqnit qasırğasını güc baxımından G3 olaraq təsnif edrlər. Ən şiddətli fırtına G5-dir. Həkimlər maqnit qasırğası gözlənilən günlərdə kifayət qədər yatmağı, düzgün qidalanmağı, ağır qidalar, alkoqol qəbul etməməyi məsləhət görür. Yatmazdan əvvəl yuxusuzluğu aradan qaldırmaq üçün kontrastlı duş, xroniki xəstəliyi olanlar isə dərman qəbul etməlidir.

Maqnit qasirğaları zamanı insan orqanizmi Yerin elektromaqnit sahəsindəki Günəş alovlarına görə meydana gələn dəyişikliklərə reaksiya verir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki