image-2000x150px
image-123
image-ads_atlas
image-1677771573_1backend

Masallıda “Heydər Əliyevin Meliorasiya və su təsərrüfatının inkişafında rolu” adlı tədbir keçirildi – VİDEO/FOTO

image-728x90px

Viləşçay Su Anbarı İstismarı İdarəsi tərəfindən “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyevin Meliorasiya və su təsərrüfatının inkişafında rolu” adlı tədbir keçirilib.

 

Tədbir öncəsi Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi və rayon rəsmiləri Ümummilli lider Heydər Əliyevin Masallı şəhərində ucaldılan heykəlini ziyarət edib, önünüə gül dəstələri düzüblər.

 

“Masallı Gənclər Evi”-ndə baş tutan tədbirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin ölkəyə başçılıq etdiyi müxtəlif illərdə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının tərənnümü, ulu öndərin irsinin təbliğ olunmasıdır.

Tədbir ümummilli lider Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov tədbir iştirakçılarını salamladıqdan sonra “Heydər Əliyevin Meliorasiya və su təsərrüfatının inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Viləşçay Su Anbarı İstismarı İdarəsinin fəaliyyətini əks etdirən video çarx nümayiş edilib.

DOĞRU.AZ

Nümayişdən sonra çıxış edən Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf etdiyini bildiriblər.

Çıxış edən Viləşçay Su Anbarı İstismarı İdarəsinin sahə rəisləri İlham Vəliyev və Hüseyn Əmirli ümummilli lider Heydər Əliyevin bilavasitə göstərişi ilə 1977-ci ildə tikintisinə başlanılan və 1986-cı ildə istismara verilən su anbarının Masallı rayonu, eləcə də cənub bölgəsi üçün əhəmiyyətindən danışıblar.
















image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki