Türkiyənin pilotsuz təyyarələri Bayraktar Kosovoya çatıb.
Bu barədə Albaniyanın Teleqrafi xəbər agentliyi məlumat yayıb.
Qəzetin yazdığına görə, bununla əlaqədar son iki gündə Kosovonun Adem Yaşari hava limanının VİP zonasında təhlükəsizlik tədbirləri gücləndirilib.
Rəsmi olaraq, Kosovo Müdafiə Nazirliyi pilotsuz təyyarələrin gəlməsi ilə bağlı məlumatı hələlik təsdiqləməsə də, bu barədə Türkiyə mediası, xüsusən də Anadoli agentliyi yazır.
Kosovo bir neçə ay əvvəl, 2022-ci ildə Türkiyə pilotsuz təyyarələrinin alınması ilə bağlı müqavilələr imzalamışdı. Həmçinin 2022-ci ildə Kosovonun müdafiə naziri Armend Mehai Türkiyəyə səfər edib.
Mənbə: AA
Doğru.az