Mehriban Əliyeva Rəmişin müalicəsini nəzarətə götürdü.backend

Mehriban Əliyeva Rəmişin müalicəsini nəzarətə götürdü.

Doğru.az xəbər verir ki, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə xəstəxanaya yerləşdirilib.

Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Rəmiş, hazırda həkim nəzarətindədir.

Xalq artistinin həyat yoldaşı Güllü Hüseynova bildirib ki, Rəmişin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Güllü Hüseynova Rafiq Hüseynova göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki