image-n1karobka_ads
image-123
image-17562166932557510516_1200x630backend

Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda uşaqlar üçün şənliklər keçirilib – FOTO

image-ad_qayo_720x110px

Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakının müxtəlif əyləncə məkanlarında uşaqlar üçün şənliklər təşkil edilib.

Doğru.az xəbər verir ki, tədbirdə şəhid övladları, valideyn himayəsindən məhrum, internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyac duyan uşaqlar iştirak edib.

Uşaqlar istirahət məkanlarına xüsusi avtobuslarla gətirilmiş, müxtəlif oyunlarda, ustad dərslərində, rəqs və köpük şouda iştirak etmiş, hovuzda doyunca əylənmiş, günboyu davam edən tədbirlər çərçivəsində nahar süfrəsindən istifadə etmişlər. Ad günləri həmin günə təsadüf edən uşaqlar isə bu özəl günü həmyaşıdları ilə birlikdə şənlənərək qeyd ediblər.

Tədbirin yekununda hər bir uşağa Fondun hədiyyələri təqdim olunub. Şənlikdə iştirak edənlərdən biri də Vətən müharibəsi şəhidi Şəhriyar Quliyevin 9 yaşlı oğlu Camal Quluzadə olub. O, tədbirdə vaxtını səmərəli keçirdiyini və yeni dostlarla tanış olduğunu bildirib.

Həmçinin, 2023-cü ilin sentyabrında antiterror əməliyyatları zamanı Xocalı istiqamətində şəhid olan polkovnik-leytenant Əkbər Şadmanovun oğlu Araz Şadmanzadə və səkkiz yaşlı Zəhra Quliyeva, on üç yaşlı Adil Həsənov da tədbirdən razılıqlarını ifadə edərək Fondun təşəbbüsünü yüksək qiymətləndiriblər.

Qeyd olunub ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqların, həmçinin şəhid övladlarının daim diqqətdə saxlanılmasını təmin edir, onların sosial müdafiəsinin gücləndirilməsi və əyləncəli tədbirlərlə təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

DOĞRU.AZ

image-17562166934794049473_1200x630 image-17562166935776910914_1200x630 image-17562166932825249906_1200x630 image-17562166932401713283_1200x630 image-1756216693105861825_1200x630 image-17562166933940459264_1200x630 image-17562166934740131394_1200x630 image-1756216693568110939_1200x630 image-17562166931579555156_1200x630 image-17562166931464354093_1200x630 image-17562166933751533974_1200x630 image-17562166931593353428_1200x630 image-17562166934107862059_1200x630 image-17562166931981612368_1200x630 image-17562166931773923327_1200x630 image-17562166933134357029_1200x630 image-17562166935347454719_1200x630 image-17562166934336621701_1200x630 image-17562166932742847078_1200x630 image-17562166932002964755_1200x630 image-17562166933140957997_1200x630 image-1756216693242131652_1200x630 image-1756216693657964949_1200x630 image-17562166931121746747_1200x630 image-17562166931264154869_1200x630 image-17562166936016263949_1200x630 image-17562166935824627187_1200x630 image-17562166933611463570_1200x630 image-17562166933488927992_1200x630 image-17562166932818257834_1200x630 image-17562166934300637037_1200x630 image-1756216693301022050_1200x630 image-17562166933163645674_1200x630 image-17562166933719337468_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki