image-ads_n1karobka_mobile
image-20161107_gaf_u40_2532-pic905-895x505-42775backend

Meksikada oğurlanmış 16 polis məmuru tapılıb

Üç gün əvvəl naməlum şəxslər tərəfindən Təhlükəsizlik və Mühafizə Nazirliyinin rəhbərliyinə təzyiq göstərmək məqsədilə qaçırılan Meksikanın Çiapas polisləri magistral yolda sağ-salamat tapılıb və artıq ailələri ilə görüşüblər.

RİA Novosti xəbər verir ki, bu barədə Milenio məlumat yayıb.

“Çərşənbə axşamı oğurlanan Çiapas ştatının Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyinin 16 üzvü bu cümə günü sağ tapılıb və ailələrinə qovuşdu”, – məlumatda deyilir.

Qeyd olunur ki, rayon ərazisindəki marşrutların birində susuzluq və bitkin vəziyyətdə olan kişilər aşkarlanıb.

Bundan əvvəl məlum olmuşdu ki, Meksikanın cənubundakı Çiapas ştatında qaçırılan polis əməkdaşlarının sayı əvvəllər bildiriləndən çox olub. Ştatın təhlükəsizlik və mülki müdafiə naziri Qabriela Cepeda Sotonun verdiyi məlumata görə, 14 nəfər əvəzinə onların sayı 16 nəfər olub.

Mənbə: RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki