image-2000x150px
image-123
image-ads_atlas
image-img-20221201-wa0003backend

Məqsədimiz cəmiyyətə faydalı olmaqdır – ADİL QASIMOV

image-728x90px

Azərbaycanda bir ilk olan “Push30” şirkətinin məqsədi Azərbaycanda fitnes sənayesini yeniləmək və fitnes mədəniyyətini stimullaşdırmaqdır.

Korporativ üstünlüklər, güzəştlər və endirimlər platforması olan “Push30” öz üzvlərinə Bakı, Gəncə, Sumqayıt, Xırdalan və s. şəhərlərdə fəaliyyət göstərən xeyli sayda fitnes mərkəzinə limitsiz giriş imkanı verir. Hazırda “Push30” şirkəti yalnız şirkət əməkdaşlarına xidmət göstərir. Hələlik fərdi istifadəçi kimi platformaya qoşulmaq mümkün deyil.

“Push30” şirkətinin əsası 2019-cu ildə, “City University of London”un məzunu, “Sabah Lab” Akselerasiya Mərkəzinin COO-su, Azərbaycanın ən böyük banklarından olan “Kapital Bank”ın keçmiş əməkdaşı Adil Qasımov (CEO Push30), “London School of Economics”in məzunu, “Sabah Lab” Akselerasiya Mərkəzinin CEO-su, Mckinsey&Company şirkətin keçmiş əməkdaşı Rəhim Bayramlı və “LANDAU School”un həmtəsisçisi, “Sabah Lab” Akselerasiya Mərkəzinin CMO-su , Humboldt University of Berlin məzunu Rahul D’Mello tərəfindən qoyulub.

Bugün ki, müsahibimiz layihənin rəhbəri Adil Qasımovdur. Adil bəy layihənin ilkin yaradıcılarından biridir.

-Adil bəy layihə necə yarandı?
-Əvvəla onu qeyd edim ki layihə mən və dostlarım tərəfindən yarandı.Mən İngiltərədə təhsil almışam orda olarkən idmanın onların həyat tərzi olduğunu gördüm. Düşündüm ki bu bizdə də belə olmalıdır. Ölkəmizdə idmanla məşğul olmaq üçün xeyli idman mərkəzi olsada insanların iş və ailə şəraiti həmişə yaxında olan idman zalına getməyə uyğun olmur.

-Siz düşündünüz ki bunu dəyişə bilərsiniz?
-Bəli mən düşündüm ki elə bir app yaratmaq olar ki onun vasitəsilə insanlar istənilən yerdə idman edə bilsinlər. Mən bu layihəni yaradana qədər bank sektorunda, ağıllı evler turizm otelçilik İT həllər sahəsində fəaliyyət göstərmişəm. Bu sahələrdə xeyli startuplar yaratsamda onların heç biri uğurlu olmadı amma mən dayanmadım.

-Siz bunu uğurla reallaşdıra bildiniz?
-Bəli çünki mən bankda çalışanda orda layihənin digər yaradıcı ilə tanış oldum və onunla birgə çalışmağa başladıq. Öz işimizi qurmaq üçün işimizden ayrıldıq və şirkətimizi qurduq.

-Şirkət nə zaman yaranıb?

-Pandemiyadan əvvəl yaratdıq amma yarımçıq qaldı biz bu dövr ərzində komandanı saxladıq və bütün qüvvəmizlə çalışaraq 5000 istifadəçini keçdik. İllik dövriyyəmiz 5 milyonu keçdi. İdeya bizə uğur gətirdi.

Məqsədimiz cəmiyyətə faydalı olmaq idi. Beynəlxalq bazara çıxmaq istəyirdik. Hazırda Özbəkistanla davam etdiririk. Avropa bankı tərəfindən 180 layihə içərisində 10 qalibdən biri olmuşuq. Qazaxıstan Türkiyə və digər ölkələrə çıxmaq fikrimiz var.

– Niyə məhz Push 30?

Çünki ilk məqsəd 30 idman klubu yaratmaq idi amma artıq 110 idman mərkəzimiz var və sayı artırmaq niyyətindəyik. Bizim layihənin özəlliyi budur ki hər növ və keyfiyyətdə idman mərkəzi ilə əməkdaşlıq edirik. Bura müxtəlif növ idman növləri daxildir.

– Sizcə uğurunuzun sirri nədir?

-Düşünürəm ki təklifiniz əgər yaxşıdırsa qarşısındakını da maraqlandırırsa o zaman gec tez siz qalib olursunuz. İlk başlarda çətin idi artıq biz bazarda öz sözümüzü demişik.

Düşünürəm ki idmanın yüksək səviyyədə təbliğatını aparmaq üçün əlimizdən gələni etmişik və bundan sonrada edəcəyik.

– Tərəfdaşlarınız kimlərdir?

-“Push30” ilə müqavilə bağlamış şirkətlər sırasında “Unibank”, “McDonald’s”, “Wolt”, “Pasha Holding”, SOCAR, “NEQSOL Holding”, “Azercell”, “Azerconnect”, EY, KPMG, “Kontakt Home” kimi şirkətləri görmək olar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki