Azərbaycan xanəndəsi Məşədi Məhəmməd Fərzəliyevin oğlunun məzarı tapıldı.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan ictimai xadimi, yazıçısı və şairi, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımov öz “Facebook” səhifəsində paylaşım edib:
O qeyd edib ki: “Xeyli müddətdir ki,mədəniyyəyət nazirinin müavini hörmətli Murad Hüseynov(hələ BMM-in direktoru işləyərkən),mən,Dilqəm Əhməd və Hafiz Əhmədovdan ibarət araşdırma qrupumuz böyük Azərbaycan xanəndəsi Məşədi Məhəmməd Fərzəliyevin İstanbuldakı məzarının axtarışındayıq.
Hələlik Dilqəm Əhməd xanəndənin oğlu Mahmud Çaylının və nəvəsi Çingiz Çaylının birgə dəfn olunduğu məzarı Feriköy məzarlığında tapa bildi,qrup üzvləri adından böyük təşəkkür,inşallah Məşədinin öz məzarı da tapılar!”
DOĞRU.AZ