“Berkshire Hathaway” holdinqinin rəhbəri, milyarder Uorren Baffet səhmdarların illik yığıncağında “Apple” şirkətinin nailiyyətlərini bir daha qeyd edib.
Bu barədə 9to5Mac portalı məlumat yayıb.
2020-ci ildə Buffett Apple-ı “yəqin ki, dünyanın ən yaxşı biznesi” adlandırdı. Bir neçə ildən sonra onun buna inamı daha da artdı. Milyarder səhmdarlara bildirib ki, Apple “indi sahib olduğumuz istənilən şirkətdən yaxşıdır”.
Eyni zamanda, Baffet iPhone-u “qeyri-adi” məhsul adlandırıb və əmin olduğunu bildirib ki, amerikalılar “alma” gadgetındansa ailədə ikinci avtomobildən imtina etməyi üstün tuturlar.
Mənbə: A haber
Doğru.az