Moldova parlamentinin spikeri İqor Qrosu bildirib ki, hakim partiyanın deputatları MDB-nin Parlamentlərarası Assambleyası (PA) haqqında konvensiyanı denonsasiya etmək qərarına gəliblər.
Bu barədə RİA Novosti məlumat yayıb.
Qrosunun sözlərinə görə, MDB Parlamentlərarası Assambleyası haqqında konvensiyanın denonsasiyası layihəsini 55 deputat dəstəkləyib.
Moldovanın keçmiş prezidenti, Kommunistlər Partiyasının sədri Vladimir Voronin bildirib ki, respublikanın hakim partiyasının MDB ilə sazişlərdən çıxmaq və Birlik Parlamentlərarası Assambleyasının konvensiyasını denonsasiya etmək qərarı “axmaqlıqdır”. . Onun fikrincə, ölkə milli maraqları rəhbər tutmalıdır.
Mənbə: RİA Novosti

























