image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2024-03-22t095733-244backend

Moldova prezidenti Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik etdi

image-728x90px

Moldova Prezidenti Maya Sandu Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib.

Sandu bu barədə özünün “Facebook” hesabında paylaşım edib.

“Astronomik bahar gəldi və baharla birlikdə Novruz bayramını qeyd edən dünya azərbaycanlılarının qəlblərinə də sevinc gəldi. O Novruz bayramı ki, sülh və harmoniya gətirən, təbiəti canlandıran, firavan və parlaq bir ilin olacağına ümidlər doğuran bir bayramdır.

3000 ildən artıq ənənəyə malik olan Novruz bayramı 2009-cu ilin sentyabr ayından UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib, 2010-cu ilin fevralında isə BMT Baş Assambleyası 21 mart gününü Beynəlxalq Novruz Günü elan edib ki, bu da saflıq və əbədi bəşəri dəyərlər deməkdir. Bu, ailə və cəmiyyətin vəhdəti deməkdir, mədəni ənənələrin zaman keçdikcə inkişaf etməsi və əbədiləşməsi deməkdir.

Moldova Respublikasının azərbaycanlı icmasını və Novruz bayramını qeyd edənləri gözəl və təzələnən bayram münasibətilə təbrik edirəm. Qoy eviniz bütün sevdiklərinizin görüş yerinə çevrilsin, qəlbləriniz isə xeyir və nura açıq olsun. Novruz bayramınız mübarək olsun! Novruz bayramınız xoşbəxtlik gətirsin!” – deyə Maya Sandu paylaşımda qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki