image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1650606873411backend

Mübariz Mənsimovun şəhid qardaşların adını verdiyi gəmi suya buraxıldı – FOTOLAR

image-728x90px

Vətən müharibəsində şəhid olan qardaşlar İman və Bəhram Məmmədzadələrin adlarını daşıyan “Palmali Holding”ə məxsus gəmi bu gün dünya sularına yola salınıb.

Bu barədə şirkətin mətbuat katibi Fidan Quliyeva məlumat verib.

O deyib ki, Yalovanın “Aykın” tərsanəsində baş tutan mərasimdə şəhidlərin valideynləri Elman və Hicran Məmmədzadələr iştirak ediblər.

İman və Bəhram Məmmədzadələr qardaşlarının adını daşıyan tankerin dünya sularına yola salınmasını “Palmali” ailəsi üçün mühüm hadisə adlandıran “Palmali Holding”in prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov bildirib ki, şəhid qardaşlar əsl qəhrəmanlığın, vətənpərvərliyin nümunəsidirlər.

“Şəhid atası Elman bəyin dediyi kimi, İman və Bəhram Rusiyada təhsillərini davam edib Azərbaycana dönməzdilər və savaşa qatılmazdılar.

Lakin ata və anasının sayəsində onların milli ruhları o qədər güclü olub ki, qardaşlar Rusiyadan Azərbaycana gəlib və ikisi də ordu sıralarına qatılıblar. Bu həm ata, həm ana, həm də mən öz adımdan deyirəm ki, hər bir azərbaycanlı üçün qürurverici hərəkətdir. Allah məkanlarını cənnət eləsin. Zatən qardaşlarımız Cənnətdədir. Allah hər kəsə şəhidlik nəsib etməz. Şəhidlər də Allah tərəfindən seçilmiş insanlardır” – deyə Mübariz Mənsimov vurğulayıb.

Mübariz Mənsimov başda olmaqla “Palmali” ailəsinə təşəkkürünü bildirən şəhid qardaşlar İman və Bəhramın ataları Elman Məmmədzadə vurğuladı ki, şəhidlərin adlarını uca tutan, onları yaşadan və əbədiləşdirən insanlar müqəddəs iş görür. Onun sözlərinə görə, övladlarının ən böyük arzusu gəmi kapitanı olmaq idi və bu məqsədlə onlar Rusiyanın Həştərxan şəhərində kurslara gedirdilər. “Övladlarım Vətən uğrunda şəhid oldular, canlarından keçdilər, amma onların arzusu yerinə yetdi. Onların arzusunu Mübariz Mənsimov gerçəkləşdirdi və buna görə hər birinizə dərin təşəkkürümü bildirirəm”.

“Palmali” şirkətinin ənənəsinə görə, hər gəmi üçün qızıldan medal düzəldilir. Bu dəfə də istisna olmadı və həmin medal şəhid qardaşların valideynlərinə təqdim edilib. Bundan sonra isə Vətən müharibəsinin şəhid qardaşları İman və Bəhram Məmmədzadələrin adını daşıyan gəminin dünya sularına yola salınması mərasimi keçirilib.

Qeyd edək ki, “IMAN & BAHRAM MAMMADZADEH” tankeri 7 min 500 DWT daşıma qabiliyyətindədir. Nəhəng tanker 140 metr uzunluğunda və 17 metr enindədir.

DOĞRU.AZ

image-fb_img_1650606882633 image-fb_img_1650606856621 image-fb_img_1650606859139 image-fb_img_1650606862056 image-fb_img_1650606864693 image-fb_img_1650606867532 image-fb_img_1650606870472 image-fb_img_1650606875990 image-fb_img_1650606878794 image-fb_img_1650606888182 image-fb_img_1650606890658 image-fb_img_1650606885228

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki