Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Ukrayna Ali Məhkəməsinin sədri Vsevolod Knyazevi Kiyevdə 3 milyon dollar rüşvət aldığı üçün saxlayıb.
“NABU və SAP Ali Məhkəmədə irimiqyaslı korrupsiyanı, yəni Ali Məhkəmənin rəhbərliyi və hakimləri tərəfindən qeyri-qanuni müavinətlər əldə etmək sxemini ifşa edib”, – hesabatda deyilir.
Bundan əvvəl “Naftoqaz Ukrainy” şirkətinin idarə heyətinin keçmiş rəhbəri Andrey Kobolev mənimsəmədə ittiham olunurdu – 2018-ci ildə o, “Qazprom”la məhkəmədə Ukrayna tərəfinin müsbət qərarına görə əsassız olaraq özünə 10 milyon dollar mükafat verib.
Mənbə: Lenta.ru