image-2000x150px
image-123
image-ads_atlas
image-934334backend

Naftalan sakinlərindən narkotik götürüldü

image-728x90px

Naftalan rayon sakinlərində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Pərviz Ruzicəngi və Rəfail Əliyev şəhər ərazisində saxlanılaraq, ŞPŞ-yə gətirilib.

Oların üzərində şəxsi axtarış keçirilən zaman P.Ruzicənginin cibindən 1 ədəd kağız bükümdə 0.284 qram, R.Əliyevin cibindən isə 1 ədəd kağız bükümdə 0.401 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdilir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki