Bu gün Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” Konfransı – Mediafest-2025 keçirilir.
Doğru.az xəbər verir ki, konfrans çərçivəsində Naxçıvan televiziyası “Azerspace-1” peyki üzərindən yayıma başlayıb (11135 Horizontal 30000).
Tədbirdə Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid və ölkənin tanınmış media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2024-cü il 15 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan televiziyasına platforma yayımçısı lisenziyası verilib.
DOĞRU.AZ