Nazirlər Kabinetinin Milli Məclisdə illik hesabat təqdim etmə tarixi dəyişdirilir.
Doğru.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisin mayın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasında fəaliyyəti barədə hesabat verəcək.
Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda təsdiqlənib.
DOĞRU.AZ