Doğru.az xəbər verir ki, Müdafiə Nazirliyi nazirin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən azad olunması barədə açıqlama verib.
Nazirlikdən bildirilib ki, N.Sadıkov hərbi xidmətdə deyil. Nazirliyin rəsmi saytının struktur bölməsindən baş qərargah rəisinə aid olan bölmə boşdur.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Baş qərargah rəisi Nəcməddin Sadıkovun səhhətində ciddi problem yarandığından Rusiyaya aparılıb. N.Sadıkovun Moskvada açıq ürək əməliyyatı keçirildiyi bildirilir.
























