TASS-ın AFP xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Nigerdəki üsyançılar əhalini sakit olmağa çağırıb.
“Vətənin Qurtuluşu Milli Şurası əhalini sakit olmağa, habelə dövlət və özəl obyektlərin dağıdılmasına səbəb olan hər hansı vandalizm aktından çəkinməyə çağırır”, – üsyançıların lideri polkovnik Amadu Abdraman bildirib.
O, respublikanın paytaxtı Niameydə keçirilən nümayişlərdə zorakılığı pisləyib. Nigeriyanın paytaxtında həm üsyana dəstək, həm də ona qarşı bir neçə mitinq keçirilib. Eyni zamanda iştirakçılar arasında toqquşma olub, kortəbii etiraz aksiyası iştirakçıları tərəfindən hakim partiyanın qərargahı yandırılıb.
Bundan əvvəl məlum olmuşdu ki, Benin prezidenti Patris Talon üsyançı hərbçilər ilə devrilmiş prezident Məhəmməd Bazum arasında vasitəçilik etmək üçün Nigerə gəlməyib.
Mənbə: TASS

























