image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220820-wa0048backend

Nüşabə xanım belə bir XANIMDIR

image-728x90px

Yaxşı deyiblər ki, bir insan əməlləri ilə tanınar. Bu gün haqqında yazacağım xanımı illərdir məhz yaxşı əməllərinə görə tanıyıram. Onun gördüyü gözəl işləri saymaqla bitməyəcəkdir.

Lakin indinin özünə kimi xalqımızın rifahı naminə yaşayan, əzmlə çalışan bu xanım təriflərdən hər zaman qaçmışdır. Bəli illərdir ehtiyacı olan, lakin imkanı olmayan kasıb soydaşlarımız üçün dövlətimizin yolu ilə 50 – dən çox təmənnasız müxtəlif cərrahi əməliyyatlar elətdirib. Nə qədər xəstə onun sayəsində şəfa tapıb xəstəxanadan evinə sevinərək qayıdıb.Xeyriyyəçiliklə məşğul olan insanlara qoşularaq saysız hesabsız insanların qarnını doyurub, geyimlə təmin elətdirib.

Sözsüz ki, qazi ailələri də bu ailələrin daxilində vardır.Bir qadın çiynində nə qədər yük daşısa da yorulmadan əzmlə çalışır, kasıb ailələri sevindirir.Eyni zamanda nəinki ailəsinə, hətta heyvanlara da sevgisi o qədər böyükdür ki, onların da qulluğunda durur.Hal hazırda bu dünyada belə bir insan tapmaq şam işığında yol axtarmağa bənzəyir. Nüşabə xanımın haqqında bir əsər də yazsam çox azdır. Onun saytına gələn şikayət ərizələrinə o qədər məsuliyyət və diqqətlə yanaşır ki, sanki bu məsələ onun özünə, ailəsinə aiddir.

Dostluqda da çox istiqanlı, mərd və etibarlıdır. Dost darda olarsa özünü tez bir zamanda dosta çatdırar. Belə sakit, reklam axtarmayan media nümayəndələrinin qədrini bilmək, onları arayıb axtarmaq və cəmiyyətimiz, gələcəyimiz üçün faydalı insanları dəyərləndirib gənc nəslə, gənc jurnalistlərə nümunə olaraq təqdim etmək lazımdır. Mediamız günü gündən inkişaf edir.

Nüşabə Əhməd kimi xanımlarımızın sayəsində bu inkişaf öz təməlini qoyaraq irəli addımlaya bilir. Belə fədakar, işinin peşəkarı olan insanları mediada jurnalistlərimizə bir müəllim, bir nümunə kimi təqdim etsək inanıram ki, gələcəkdə Nüşabə kimi xanımlarımız daha çox olar və cəmiyyətimiz bu gözəl insanların sayəsində daha da çox işlər görər.

Sonda Nüşabə xanıma gördüyü bu gözəl işlərə görə mediamız adından sonsuz təşəkkürümüzü bildirirəm və ona seçdiyi bu şərəfli yolda sonu bitməyən uğurlar arzulayıram.

Cəmilə Vasifqızı.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki