image-2000x150px
image-yenigundem_4061186e5d1150c0ccef747e15645253_3bk6hzmw8i20nf5pelcj-620x460backend

“OBA MARKET” JURNALİSTLƏRİN BİNASINDA PROBLEM YARADIB- ŞİKAYƏT

image-728x90px

Bakının “Salyan şossesi” kimi tanınan ərazisindəki “Jurnalistlərin binası”nda yaşayanların yeni problemi yaranıb. Problem isə buradakı “OBA Market”lə bağlıdır. Binada yaşayanlardan Savalan Talıblı özünün fb səhifəsində bu barədə belə yazır:

“…Məhəlləmizdə “Oba”nın açılması tədqirə layiqdir. Amma necə deyərlər, əmması var. Məhəllə üçün, xüsusən də Jurnalistlər binasında jurnalist ailələrinin rahat alış – verişi üçün nəzərdə tutulan “OBA Market” yol qırağında reklam lövhəsi qoymaqla müəyyən mənaada problem yaradır. Problemin ən böyüyü ondan ibarətdir ki, yoldan keçən hər kəs avtomobillə məhəlləyə daxil olur. Bu da məhəllədə oynayan azyaşlı uşaqlara problem yaradır. Yüksək sürətlə məhəlləyə daxil olan avtomobillərə xəbardarlıq etməkdən bezmişik.

Bir neçə gün bundan öncə də Rovshan Rasulov birinə ciddi xəbardarlıq etdi. Buradan “Oba Market”lər şəbəkəsinin rəhbərliyinə müraciət edirəm, əgər marketi Jurnalistlər üçün tikmisinizsə, yol qırağında olan reklam lövhəsinə nə gərək var. Yox əgər reklam lövhəsinə ehtiyac vardısa, niyə bizim məhəllədədir? Yoldan keçənlərin alver edəcəklərini nəzərə alırdınızsa, marketi də yol qırağında tikərdiniz…”.

Əlavə şərhə ehtiyac varmı? Məncə, yox. Çünki həqiqətən də bu dükan jurnalistlər binasında jurnalistlər üçün ayrılıbsa, deməli, jurnalistlərə də əlavə problem yaratmamalıdır.//Analoq.az

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki