Doğru.az xəbər verir ki, əməkdar incəsənət xadimi, xeyriyyəçi-jurnalist Hacı Nuran Hüseynov Zərifə xanım Əliyevanın şəxsi “instagram” səhifəsində anım gününün qeyd edib.
Həmin paylaşımı təqdim edirik:
* … 15.04.2021 … Onun adı gələndə nədənsə yadıma işıq düşür … Çünki o, insanlara nur, işıq bəxş edən insan idi … Onun adı gələndə gözlərim önündə bütöv Azərbaycan canlanır … Çünki onun can parçası bu gün Azərbaycanın bütövlüyünü, tamlığını təmin edib… Bu gün onun – Azərbaycan Oftalmologiya elminin böyük alimlərindən olan Zərifə xanım Əliyevanın (28.04.1923 – 15.04.1985) anım günüdür … Düz 36 il keçir o böyük insanın yoxluğundan … Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər … Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssiməsi kimi əbədi qalırdı … Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi … Zərifə xanım sevib-seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi … Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi … Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb … O, ulu öndərimizə mənəvi dayaq, arxa olub … Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir … Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur … İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb … Yeri hər zaman görünən insan, alim, ana … Ruhun şad olsun!
DOĞRU.AZ


























