image-n1karobka_ads
image-123
image-68443c3f02e8bd60082f192bbackend

Orban Aİ-ni Ukrayna münaqişəsini uzatmaqda ittiham edib

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı qitəni “qorumaq” adı altında Ukrayna münaqişəsini süründürür.

O, X sosial media hesabında yazıb : “Brüssel Ukraynanı qitəni qoruyan qalxan kimi təqdim etməklə Avropanı onillik münaqişəyə aparır… Siz yanğına yanacaq qatmaqla yanğını söndürmürsünüz”.

Orban əlavə edib ki, Macarıstan gərginliyi təşviq etmək əvəzinə, atəşkəs və sülh danışıqlarının tərəfdarıdır.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Sergey Ryabkov bəyan etmişdi ki, bəzi aparıcı Avropa ölkələri Ukraynada sülhün bərqərar olması üçün əsas maneəyə çevrilirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki