image-n1karobka_ads
image-123
image-hebsbackend

Ordubadda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

image-ad_qayo_720x110px

İyunun 13-də Ordubad rayonun Unus kənd sakininin bıçaq zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Doğru.az-a bildirilib ki, araşdırmalarla 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlunun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədullah oğluna bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bəxtiyar Rəsulov şübhəli şəxs qismində tutulub.

Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

DOĞRU AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki