image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210319-wa0045backend

Osloda həftəsonu məktəbinin şagirdləri Zahid Xəlil və Gülzar İbrahimova ilə görüşü – FOTO

image-728x90px

Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbində «Ana dilimizi qoruyaq!» və “Vətən bizi çağırır!” rublikasında növbəti Zoom videogörüşü keçirilib. Budəfəki görüşünün mövzusu “Nizami Gəncəvi yaradıcılığının uşaqlar üçün tərbiyəvi əhəmiyyəti” olub.

Videogörüşün qonaqları professor, filologiya elmləri doktoru, uşaq yazıçısı Zahid Xəlil, “ Sehrli dünya” jurnalının baş redaktoru, uşaqların sevimlisi Gülzar İbrahimova və ibtidai sinif müəlliməsi İnarə Cəfərova olub. Zahid Xəlil və Gülzar İbrahimova yaradıcılıqlarından söhbət açaraq, dəyərli ədəbi nümunələrini uşaqlarla bölüşüblər.

Eyni zamanda, görkəmli yazıçımız Zahid Xəlil videogörüş iştirakçılarına Azərbaycanda keçirilən “Nizami ili” haqqında ətraflı məlumat verib, dahi sənətkarın yaradıcılığının uşaqlar üçün əhəmiyyətindən danışıb və ədəbi irsindən nümunələr səsləndirib.

Tələbələri ilə dost olduğunu deyən Z.Xəlil uşaqlarla bərabərhüquqlu davranışlara sahib olmağın vacibliyini vurğulayıb. Kitabda olan bilikləri heç nə əvəz edə bilməz deyən professor valideynləri uşaqlara maraqlı kitablar almağa və onların kitablarla mütəmadi təmasda olmağının vacib olduğunu bildirib
Uşaqları sehrli məxluq adlandıran, hər bir yazdığı nağılda uşaqlar üçün maraqlı bir dünya yaradan istedadlı yazıçımız Gülzar Ibrahimova vətəndən uzaqda dilimizi uşaqlarımıza öyrətməyin  vacib olduğunu bildirib: “Azərbaycandan çox-çox uzaqlarda – Oslada dilimizi qorumaq və  yaşatmaq üçün yaradılmış məktəbin işini alqışlayıram və ümid edirəm ki, uzunömürlü olacaqdır.” “Xarıbülbül” rəsmini çəkən Səlim Abbaszadənin kiçik əsərinin, Sabina Luisa Hidayatinin pianoda ifa etdiyi  musiqinin böyük vətənpərvərlik hissindən xəbər verdiyini deyən, G.İbrahimova bu cür görüşlərin keçirilməsinin uşaqlar üçün önəmli olduğunu söyləyib.

Görüşümüzdə iştirak edən ibtidai sinif müəlliməsi İnarə Cəfərova Ana dilini öyrənməyin uşaqlar üçün vacib olduğunu vurğulayıb və öz təcrübəsini şagirdlərlə bölüşüb.

Uşaqlarımız və valideynlərimizin Z.Xəlil və G.İbrahimova ilə maraqlı ədəbi dialoqu olub , onların sevdikləri nağıl,tapmaca və şeirlər yazıçılar tərəfindən səsləndirilib.

Yazıçılar şagirdlərin suallarını cavablandırıb və onların ifasında musiqi,şeir,mahnı dinləyib və çəkdikləri rəsmlər ilə tanış olublar.
Görüşdə fəallıq göstərən şagirdlər”Sehrli Dünya”jurnalının diplomları ilə təltif olunub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki