image-2000x150px
image-123
image-ads_atlas
image-91ea70d8-917f-402f-a64e-be7a010f1f5bjpeg-1620804758backend

Pakistan Baş naziri Əli Əsədova məktub göndərdi

image-728x90px

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun təbrik məktubuna cavab olaraq Ə.Əsədova məktub ünvanlayıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, Pakistanın Baş naziri Şahbaz Şərif təbrik məktubunda iki ölkə arasında qardaşlıq münasibətlərinin ötən dövr ərzində siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın artması ilə möhkəm və çoxşaxəli tərəfdaşlığa çevrildiyini məmnunluqla bildirib.

Vurğulanıb ki, Pakistan keçmiş Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyib.

Pakistanın hər iki xalqın mənafeləri naminə Azərbaycan ilə əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduğu diqqətə çatdırılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki