image-n1karobka_ads
image-123
image-66a099a902e8bd07f7087dbebackend

Paris prokurorluğu: Fransada saxlanılan rusiyalını 30 ilə qədər həbs gözləyir

image-ad_qayo_720x110px

İyulda Fransada saxlanılan Rusiya vətəndaşı Kirill Qryaznova qarşı Fransada iğtişaşlar təşkil etmək üçün xarici dövlətlə əməkdaşlıq maddəsi ilə iş açılıb.

RİA Novosti-nin məlumatına görə , bu maddə üzrə cəza 30 ilə qədər həbsdir.

Paris prokurorluğu həmin şəxsin evində axtarış aparıldığına aydınlıq gətirib.

“Araşdırma zamanı aşkar edilmiş elementlər onun Olimpiya Oyunları zamanı sabitliyin pozulmasına səbəb ola biləcək insidentlər təşkil etmək niyyətində olduğunu deməyə əsas verir…” departamentdən bildirilib.

İyul ayında Fransada Rusiya vətəndaşı Olimpiadanı sabitliyi pozmaqda ittiham edərək saxlanılıb.

Daha sonra “Le Monde” yazıb ki, Olimpiya oyunlarında sabitliyi pozmaq planlarına görə saxlanılan rusiyalı aşpaz imiş.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki