image-2000x150px
image-123
image-ads_atlas
image-1656665090_0y2a1416backend

Park Cinema: “Yayın ən gözlənilən cizgi filminə hazır olun!” FOTO/VİDEO

image-728x90px

Park Cinema artıq Aygün Mall-da! Sevdiyiniz filmlər artıq sizə daha yaxındır.

Ötən gün Bakixanov qəsəbəsində yerləşən Aygun Mall ticarət mərkəzində Park Cinema kinoteatrlar şəbəkəsinin növbəti filialının açılışı baş tutdu.

Açılış münasibətilə “Minionlar: GRUvitasiya” filminin xüsusi nümayişi keçirilib.

Tədbirdə hər dəfə olduğu kimi KİV nümayəndələri, tanınmış  blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

“Minionlar, GRUvitasiya”  filmində siz 1970-ci illərə səyahət edərək həcmli saçları, kəskin baxışları və dahi cani planları ilə tanınan 12 yaşlı Qrünu izləyəcəksiniz.

Vicious 6 qrupunun fanboyu olan Qrü onlara qoşulmaq üçün ən pis planını həyata keçirmək istəyir. Bu çətin, amma bir o qədər də əyləncəli missiyanı yerinə yetirmək üçün ona sadiq yoldaşları olan minionlar dəstək olur. Vicious 6 lideri əfsanəvi döyüşçü Wild Knuckles qovulduqdan sonra Qrü onların yeni üzvü olmaq üçün müsahibə verir. Bir müddət sonra işlər yaxşı getməyəcək və o, Wild Knucklesə müraciət edəcək, hətta pis adamların da dostların köməyinə ehtiyacı olduğunu kəşf edəcək.

Qrü və onun dostlarının macəralarının davamını bilmək istəyirsinizsə elə indi parkcinema.az saytına keçid edərək bilet əldə edin.

Həmçinin hazırda aktiv olan aksiyalar və tariflərdən əlavə xüsusi olaraq Park Cinema Aygün Mall filialına özəl möhtəşəm bir kampaniyaya yaxın zamanda start verilir. Bütün məlumatlar Park Cinema sosial media hesablarında paylaşılacaq.

DOĞRU.AZ

image-1656665107_0y2a0922 image-1656665078_0y2a0923 image-1656665101_0y2a0930 image-1656665079_0y2a0941 image-1656665073_0y2a0958 image-1656665051_0y2a0998 image-1656665111_0y2a1031 image-1656665047_0y2a1040 image-1656665047_0y2a1082 image-1656665083_0y2a1023 image-1656665118_0y2a1129 image-1656665093_0y2a1238 image-1656665037_0y2a1494 image-1656665050_0y2a1492

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki