Cümə axşamı, iyulun 24-də Rusiyanın baş naziri Mixail Mişustin Ermənistanın baş naziri Nikol Paşinyanla Altay dağlarında keçirilən Beynəlxalq Ətraf Mühit Konfransı çərçivəsində görüşüb.
Doğru.az xəbər verir ki, Manjerok kurortunda baş tutan görüşdə tərəflər ikitərəfli əməkdaşlıq, müxtəlif sahələrdə birgə layihələrin icrası və bu layihələr üçün əlverişli şəraitin yaradılması məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, daha əvvəl Paşinyan İrəvanın Moskva ilə münaqişə istəmədiyini, Rusiya ilə dostluq və qarşılıqlı hörmət əsasında əməkdaşlıq arzusunda olduqlarını bəyan etmişdi.
DOĞRU.AZ