Ermənistanın baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən avtobus yol-nəqliyyat hadisəsi törədib.
Doğru.az xəbər verir ki, qəza nəticəsində 1 nəfər həyatını itirib, bir neçə şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır, rəsmi qurumlar əlavə məlumatın veriləcəyini bildirib.
DOĞRU.AZ

























