image-2000x150px
image-123
image-ads_atlas
image-1652418994_1backend

Paytaxtda sıxlıq olan yolların SİYAHISI

image-728x90px

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarə Mərkəzi paytaxt yollarında sıxlıq olan küçə və prospektlərin siyahısını açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər;

2. Moskva prospektində – Beynəlxalq Avtovağzalın qarşısından “20 Yanvar” dairəsinə qədər əsas və kənar yol;

3. Binəqədi şossesində – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

4. Ziya Bünyadov prospektində – Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq.

5. Yusif Səfərov küçəsində, Heydər Əliyev Mərkəzinin qarşısında – tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində;

6. Heydər Əliyev prospektində – “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı ASAN Xidmət Mərkəzinin qarşısına qədər kənar və əsas yolda;

7. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki