Pentaqon Ukrayna texnikasını onun döyüş qabiliyyətini və ya lazımi sayda ehtiyat hissələrini dəstəkləmək planı olmadan göndərib.
Bu barədə Bloomberg məlumat yayıb.
Mətndən belə məlum olur ki, Pentaqon Ukrayna Silahlı Qüvvələrinə “Abrams” tankları və “Patriot” hava hücumundan müdafiə sistemləri göndərərək, ukraynalı əsgərlər üçün yalnız əsas təlim proqramı təqdim edib və onları minimum ehtiyat hissələri ilə təmin edib.
Bundan başqa, ABŞ Müdafiə Nazirliyi silaha texniki xidmət göstərmək üçün lazımi avadanlıqla təmin etməyib.
“Müdafiə Nazirliyi hazırda belə bir plan hazırlasa da, bu məsələdə uzaqgörənliyin olmaması narahatlıq doğurur və dərhal düzəldilməlidir” deyə Pentaqonun baş müfəttişi bildirib.
Mənbə: Bloomberg