Peak Network və Edu Time – nın təşkilatçılığı ilə İdarəetmə eksperti , təlimçi Fəxri Ağayev təqdimatında keçirilən “Peşəkar inkişaf və karyera” təlimi keçirildi.
Təlimdə müasir Azərbaycanın iqtisadi reallıqlarında idarəçilik, liderlik və şəxsi effektivlik mövzusunda müzakirələr aparıldı. İştirakçılarımızı maraqlandıran əsas suallardan biri də bu oldu : “bu gün biznesdə idarəçi olaraq nəticə əldə etmək üçün bir rəhbər nələr bilməlidir?”
Peşəkar inkişaf haqda fikirlərində təlimçi davamlılığın və fokusun əhəmiyyəti haqda danışaraq zamanın idarə edilməsində alətlərdən daha çox enerjinin vacibliyini vurğuladı.
Görüşün sonunda xatirə fotoları çəkildi.