image-n1karobka_ads
image-123
image-683ecc1d02e8bd464f391b78backend

Peskov: İstanbuldakı danışıqlarda dərhal irəliləyiş gözləmək düzgün olmazdı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqların ikinci raundunun nəticələrini şərh edərkən qeyd edib ki, dərhal irəliləyiş gözləmək düzgün olmaz.

“Əlbəttə, burada hər hansı ani qərarlar və irəliləyişlər gözləmək düzgün olmazdı. Amma iş gedir”, – Peskov vurğulayıb.

O vurğulayıb ki, tərəflər həyata keçiriləcək müəyyən mühüm razılaşmalar əldə ediblər.

Daha əvvəl danışıqlardan sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Rusiya və Ukraynanın ən böyük məhbus mübadiləsi barədə razılığa gəldiyini açıqlamışdı.

Onun sözlərinə görə, tərəflər ağır yaralı əsgərlərin mübadiləsi üçün tibbi komissiyalar yaradacaqlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki