image-n1karobka_ads
image-123
image-68c19c1b02e8bd68a42c6f9bbackend

Politoloq: Fransada etirazların səbəbi sosial xərclərin azaldılmasıdır

image-ad_qayo_720x110px

Politoloq Yuri Svetov RT-yə açıqlamasında bildirib ki, Fransada genişmiqyaslı etirazlara hökumətin büdcədə sosial xərcləri azaltmaq cəhdləri səbəb olub. Onun sözlərinə görə, prezident Emmanuel Makron daim Ukraynaya dəstəkdən danışsa da, ölkə daxilindəki sosial problemlərin həllinə kifayət qədər diqqət ayırmır.

Doğru.az xəbər verir ki, Svetovun sözlərinə görə, əvvəlki hökumətin istefasından sonra yeni büdcə formalaşdırılarkən sosial ehtiyaclarla bağlı xərclər kəsilib, dövlət tətillərinin azaldılması təklifi isə əhali tərəfindən birmənalı qarşılanmayıb. “Makron Ukraynaya köməkdən danışır, amma ölkəsinin problemlərini həll etmir. İnsanlar kommunal xidmətlərin, sosial müavinətlərin vəziyyətini görürlər”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, ölkənin əsas problemləri iqtisadi xarakter daşıyır. Buna baxmayaraq, Makron baş nazir postuna iqtisadiyyata aidiyyatı olmayan, müdafiə naziri vəzifəsində çalışmış şəxsi irəli sürüb. “O, pul xərcləməyi bilir, amma necə qazanmağı bilmir. Bu baxımdan Makronun fəaliyyəti ilə bağlı suallar yaranır. İstefa mövzusu ilk dəfə gündəmə gəlmir”, – Svetov vurğulayıb.

Ekspert həmçinin bildirib ki, Fransa qanunlarına görə prezidentin impiçment proseduru ABŞ-dan daha çətindir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki