image-n1karobka_ads
image-123
image-2023-05-20_11-22-pic_32ratio_900x600-900x600-45059backend

Polşada bir ailə təxminən 80 il evlərinin altında təyyarə bombası ilə yaşayıb

Polşada şəxsi evin döşəməsi altında 80 ilə yaxındır qalmış hava bombası aşkar edilib.

Bu barədə Polşanın RMF24 radiostansiyası məlumat yayıb.

RMF24-ün məlumatına görə, Swiętokrzyskie Voyevodeliyinin Suçednyov kiçik şəhərinin sakini evində təmir işləri apararkən polisə müraciət edib. O, taxta döşəmənin altında bombaya oxşayan əşya tapdığını bildirib. Kişi nənəsindən eşitdiyi əhvalatı polisə danışıb. 1945-ci ildə Sovet hücumu zamanı bomba evin üstünə düşdü, dam və döşəməni deşdi və partlamadan yerə ilişdi. Ev sahibləri daha sonra evi təmir edib və hadisəni unudublar.

Polis hadisə yerinə istehkamçıları çağırıb, onlar partlamamış 50 kiloqramlıq bombanı çıxarıblar. Onun hərbi poliqonda məhv ediləcəyi güman edilir.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki