image-n1karobka_ads
image-123
image-95-pic_32ratio_900x600-900x600-9590backend

Polşada Sankt-Peterburqda bir abidənin yoxa çıxdığını elan etdilər

Polşanın Sankt-Peterburqdakı baş konsulu Qjeqorz Slyubovski bildirib ki, şəhərdəki Levaşovski qəbiristanlığından polşalıların siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidə yoxa çıxıb.

Bu barədə “Fontanka” məlumat yayıb.

“Dəqiq nə vaxt məhv edilib, bilmirəm. Mən indicə qəbiristanlıqda idim və gördüm ki, indi o, ümumiyyətlə, mövcud deyil”, – konsul bildirib.

Onun sözlərinə görə, konsulluq əməkdaşları ildə 2-3 dəfə abidəni ziyarət ediblər.

Qeyd olunur ki, Polşa hadisə ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərmək niyyətindədir.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki