“Əlilliyə erkən yardım Portec Şəbəkəsi ” İctimai Birliyi “Tandem” Ailəyə Dəstək Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Portec erkən müdaxilə proqramı üzrə beynəlxalq ekspert, Latviya Portec Assosiasiyasının təsisçisi İneta Kursite və “Əlilliyə erkən yardım Portec Şəbəkəsi ” İctimai Birliyinin sədri, sosial iş və Portec erkən müdaxilə proqramı üzrə mütəxəssis Gülnarə Pənahova və təşkilatın idarə heyətinin üzvü , uşaq inkişafı və Portec proqramı üzrə mütəxəssis Ülviyyə Mirzəyeva tərəfindən “Portec erkən müdaxilə proqramı” mövzusunda təlimlər keçirilmişdir.
Təlimdə uşaq inkişafı, xüsusilə də əlilliyi olan uşaqlarla iş sahəsində çalışan mütəxəssislər, psixoloqlar, həkimlər iştirak etmişdir. 3 gün müddətində Portec proqramının əsasları barədə nəzəri biliklər əldə edən iştirakçılar növbəti 2 ay ərzində, hər iştirakçı 1 əlilliyi olan uşağın üzərində qazanılan bilikləri tətbiq etmişdir.
Təcrübənin sonunda təlimçilər nəticələri qiymətləndirərək, iştirakçılara sertifikatlar təqdim etmişlər.
DOĞRU.AZ