image-ads_n1karobka_mobile
image-19g3qg1ml4_001backend

Prezident Cənab İlham Əliyev – dünyada yeni qayda qanuna çağırış etdi

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirakı və çıxışı olduqca önəmli tarixi, siyasi və geosiyasi hadisədir.

Ümumiyyətlə əvvəlcədən qeyd edim ki, heç bir real, ciddi təsir gücünə malik olamayan və ya müəyyən sahələrdə çox az təsir gücündə olan Qoşulmama Hərəkatı, bir təşkilat olaraq Cənab İlham Əliyevin Sədrliyi müddətində dünyada siyasi mahiyyət daşıması baxımdan, dünyada nüfuzunun artması baxımından mövqeyləri olduqca güclənib.

Prezident cənab İlham Əliyev hər zaman bütün dünyaya bəyan edir ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ən iri beynəlxalq təşkilatdır. Cənab İlham Əliyev hər dəfə bu gerçək fakdı bəyan edib vurğulayarkən, bütün bu təşkilatın dövlət başçılarının şüurlarını, düşüncələrini “silkələyib” ayıldır.

Yəni dünyada baş verən bütün ədalətsizliklərin, bütün haqsızlıqların təxminən 80% Qoşulmama Hərəkatına üzv olan dövlətlərin başına gətirilir. Prezident Cənab İlham Əliyev hər zaman öz fədakar fəaliyyəti ilə, beynəlxalq hadisələri özünün geniş geostrateji təfəkkür süzgəcindən keçirərək, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatını bir dünya siyasi gücünə çevirməyə çalışıb.

Çalışıb ki, heç olmasa bu təşkilat öz üzv dövlətlərini beynəlxalq müstəvidə qorumaq üçün siyasi iradəyə, siyasi fəaliyyətə malik olsun. Bu, ümumiyyətlə bütün dünyada sülhün, ədalətin bərpa olunması işinə çox böyük bir xidmətdir.

Təsadüfi deyil ki, Azərbaycanın Vətən Müharibəsi zamanında BMT tərəfindən bizə növbəti haqsızlığının qarşısını Qoşulmama Hərəkatının üzv dövlətləri aldı. Bu hadisə Qoşulmama Hərəkatının beynəlxalq təşkilat kimi ilk böyük uğurudur.

Qoşulmama Təşkilatının siyasi və geosiyasi mahiyyətinin, dünyada nüfuzunun hər gün artması, birbaşa Prezident Cənab İlham Əliyevin xidmətləridir desək, səhf etmərik. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında Cənab prezidentin çıxışı onun bu təşkilatın dünyada mövqelərinin və nüfuzunun artmasına etdiyi növbəti olduqca önəmli xidmətidir.

Çıxışında Cənab İlham Əliyev bəyan etdi ki, “Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı vəziyyət yalnız regional deyil, qlobal məsələdir.” Daha sonra diqqətə çatdırır ki, Azərbaycan torpaqlarının uzun müddət işğal altında saxlanılması, həm beynəlxalq hüququn təməl prinsiplərinin pozulmasıdır, həm də BMT-nin təhlükəsizlik şurasının qətnamələrinin kobud pozulmasıdır.

Prezident Cənab İlham Əliyevin bu fikirləri açıq surətdə gösdərir ki, dünya nizamı bu gün məlum olan beynəlxalq qanunlarla yox, ancaq və ancaq öz maraqlarını güdən geosiyasi münasibətlərin postulatları ilə nizamlanır. Yazılmamış, amma tam işlək olan bu qanunlar (postulatlar) bu gün də dünya nizamını müəyyən etməkdədir.

Prezident cənab İlham Əliyev çıxışında bəyan edir ki, “BMT-nin və onun Təhlükəsizlik şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətiririk. Biz İslahatlar tərəfdarıyıq.” Prezident Cənab İlham Əliyevin bu fikirləri birbaşa dünyada yeni bir qayda-qanuna çağırışdır.

Bu fikirlər dünyamızı idarə etmək iddiasında olan qüvvələri, ədalətə, haqqa, qardaşlığa, sülhə, beynəlxalq qanunlarla yaşamağa dəvət edir. Bu fikirlər Qoşulmama Hərəkatının daha da nüfuzlu, daha da siyasi məna yüklü təşkilat olmasına çağırışdır. Məlumdur ki, Avropa birliyi 1957-ci ildə 6 əsas dövlətlə yaradılıb. BMT-ni ikinci Dünya müharibəsindən sonra 1945-ci ildə 50 böyük ölkələr tərəfindən yaradılıb.

Düşünürəm ki, əgər 1945-ci ildə SSRİ dağılsaydı bəlkə də, nə Avropa birliyi nə də, BMT yaranardı. Çünki, soyuq müharibə illərində ən böyük iki geosiyasi güc, geosiyasi qütb olan ABŞ, İngiltərə, qərb və SSRİ və sosializm birliyi arasında aparılan müharibədə ABŞ və İngiltərənin rəhbərlik etdiyi güc mərkəzi daha da güclü və bütün dünyanı əhatə etmək üçün öz laboratoriyalarında alimlər və geosiyasətçilər tərəfindən düşünülüb BMT və Avropa birliyini yaradıblar.

Yəni onlar öz dünya hökumətini hələ o zamanlardan yaradıblar. Ona görə də bu gün həm Avropa İttifaqı, həm də BMT heç bir dəyəri, əhəmiyyəti olmayan erməniləri uzun müddət müdafiə edirdilər. Çünki böyük geostrateji planda onlara belə lazım idi… Beynlxalq qanunlar isə yalnız bir görüntü və öz əsas məqsədlərinə çatmaq üçün vasitə olub.

Çox təəssüf olsun ki, biz bu gün də bu amansız geosiyasi müharibənin aparılmasını hər gün görməkdəyik. (Ukraynada, Suriyada və s. yerlərdə baş verən hadisələr) Prezident Cənab İlham Əliyevin böyüklüyü, cəsarəti ondadır ki, o, bütün bu amansız gücləri görür, bilir və Xalqımızın, Vətənimizin haqqını və bütün dünyada ədaləti, sülhü, bərabərliyi qoruyur.

Allah hər zaman Prezident Cənab İlham Əliyevin və xalqımızın QORUYUCUSU OLSUN! Amin!

YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov

image-img-20220706-wa0003

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki