“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, hava şəraiti nəzərə alınmaqla, Azərbaycan Ordusunun xüsusən dağ və dağətəyi ərazilərdə yerləşən hərbi hissələrində şəxsi heyətin sağlamlığının mühafizəsi, xidməti-döyüş fəaliyyətinin fasiləsiz və yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görülür, aidiyyəti vəzifəli şəxslər tərəfindən yoxlamalar aparılır”.
Bu barədə “yeni sabah”ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hərbi qulluqçuların sağlamlıq vəziyyətini daima nəzarətdə saxlamaq məqsədilə bölmələrdə mütəmadi olaraq tibbi-profilaktik tədbirlər keçirilir, maarifləndirici söhbətlər aparılır:
“Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və bütün növ maddi-texniki təminatın normalara uyğun şəkildə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır, eləcə də xidməti-döyüş fəaliyyəti qoşun xidmətinin təşkili qaydalarına uyğun olaraq həyata keçirilir.
DOĞRU.AZ




























