Rusiyanın PSJ komandasının qapıçısı Matvey Safonov “Flamengo” ilə Qitələrarası Kubokun final matçında sol qolundan zədə alıb.
Doğru.azxəbər verir ki, Paris Saint-Germain mətbuat xidmətinin məlumatına görə, o, zədə səbəbindən ən azı üç-dörd həftə oynaya bilməyəcək.
17 dekabrda PSJ finalda Flamenqonu məğlub edib. Matç əsas vaxtdan 1-1 hesabı ilə başa çatıb və penaltilər seriyasında Paris komandası qalib gəlib. Matçın əsas heyətində oynayan Safonov ardıcıl dörd qolun qarşısını alaraq FİFA turnirlərinin bütün zamanlar rekordunu qırıb.
Qeyd olunur ki, Karpin daha əvvəl Safonovun PSJ-nin start heyətində yer almasını arzulamışdı.
DOĞRU.AZ




























