Rusiya Prezidenti Vladimir Putin Afrika İttifaqının sədri, Komor Adaları İttifaqının prezidenti Azali Assumani və Afrika İttifaqı Komissiyasının sədri Mussa Faki Mahamat ilə görüşdə pandemiya və sanksiyalar səbəbindən yaranan çətinliklərə baxmayaraq, Afrika ölkələri ilə ticarət əlaqələrinin artımını təmin etmək mümkün idi.
Bu barədə TASS məlumat yayıb.
“COVID-19 pandemiyası ilə bağlı çətinliklərə və Rusiyaya qarşı qeyri-qanuni sanksiyaların tətbiqinə baxmayaraq, biz ticarət-iqtisadi əlaqələrin sürətinin artmasını təmin edə bilmişik”, – deyə o bildirib.
Rusiya liderinin sözlərinə görə, ötən il qarşılıqlı ticarətin həcmi təqribən 189 milyard dollar təşkil edib və bu ilin birinci yarısında ticarət dövriyyəsi demək olar ki, 35 faiz artıb.
Vladimir Putin həmçinin Afrika İttifaqının 2023-cü ilin sentyabrında G20-nin tamhüquqlu üzvü olmasını gözlədiyini bildirib.
Mənbə: TASS