image-2000x150px
image-123
image-ads_atlas
image-untitled-4backend

Putin Kazan faciəsi ilə bağlı danışdı – VİDEO

image-728x90px

Kazan faciəsi göstərdi ki, təhsil müəssisələrində təhlükəsizliyin təmini ilə bağlı hələ də problemlər var.

“RİA Novosti”nin məlumatına görə, bu barədə RF prezidenti Vladimir Putin hökumətlə birgə keçirdiyi iclasda bəyan edib.

O, təhsil müəssisələrinin təhlükəsizliyi və terrordan qorunması üçün vahid yanaşma tətbiq etməyə, həmçinin silahların dövriyyəsi üzərində nəzarəti gücləndirməyə və onların alınması üçün tələbləri artırmağa çağırıb.

“Burada ciddi nizam lazımdır. Tibbi arayışı heç bir müayinədən keçmədən pulla almaq halları tam istisna olmalıdır”, – deyə o, bildirib.

Dövlət başçısı qurbanların əzizlərinə də başsağlığı verib. Baş verənləri böyük faciə və barbarcasına törədilmiş cinayət adlandıran Putin gimnaziyada hücum zamanı uşaqları qoruyan müəllimləri mükafatlandırmaq barədə tapşırıq verib.

“Müəllimlər də, gimnaziyanın əməkdaşları da kritik vəziyyətdə cəsarətlə, qəhrəmanlıqla və yüksək səviyyədə peşəkarlıqla davranıblar. Bilirəm ki, bir çox müəllim sinif qapısının ağzında, şagirdlərini müdafiəyə hazır vəziyyətdə durmuşdular, onların gimnaziyadan çıxmasına yardımçı olmuşdular”.

Xatırladaq ki, mayın 11-də Kazanda gimnaziyaya silahlı hücum olub. Faciə nəticəsində yeddi məktəbli və iki müəllim həlak olub, azı 20 nəfər yaralanıb. Həmin məktəbin məzunu olan Qələviyev artıq cinayətini etiraf edib. Məhkəmə ilkin olaraq onu iki ay müddətinə həbs edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki