image-2000x150px
image-123
image-ads_atlas
image-b0b16157-b430-4287-91e5-75741bb4b256backend

QADINLARIN MİLLİ BİZNES GÜNDƏLİYİ RAYON İCRA HAKİMİYYƏTLƏRİNƏ TƏQDİM OLUNUR

image-728x90px

Azərbaycan Kənd Qadınları Assosiasiyasının Sədri Gülbəniz Qənbərova Qadınların Milli Biznes Gündəliyini Ağdam Rayon İcra Hakimiyyətinə təqdim etdi. Dəyirmi Masa formatında keçirilən görüşdə  Ağdam Rayon İH Başçısının İctimai Siyasi və Humanitar məsələlər üzrə müavini Xaqani Nəzərov, İcra Hakimiyyətinin Hüquq şöbəsi, Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsi, İnformasiya təminatı və təhlili sektoru, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi nümayəndələri, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin Rəhbəri Ramal Məmmədov və rayonda fəaliyyət göstərən 10 Qadın İnkişaf və Müəssisə Qrupunun Sədrləri iştirak edirdi. Görüş Qadınların Milli Biznes Gündəliyi platforması vasitəsi ilə ucqar kəndlərdə yaranan Qadın Qruplarının Rayon İcra Hakimiyyətinin səlahiyyətli əməkdaşlarına təqdim olunmasına şərait yaratdı.

Rayon İcra Hakimiyyəti əməkdaşları onlara təqdim olunan Qadınların Milli Biznes Gündəliyinin bəhs etdiyi məsələlərdən irəli gələn  təşəbbüslərlə çıxış etdilər. Özəl Sektorun İnkişafı Layihəsinin dəstəyi ilə 50 Qadın İnkişaf və Müəssisə Qrupu haqqında hazırlanıb çap olunmuş “ Pıçıltılardan Səslərə…” Kataloqu və “Qadınların Milli Biznes Gündəliyi” sənədi Rayon İcra Hakimiyyətinə təqdim olundu.

Assosiasiya Sədri yüksək səviyyədə təşkil olunan təqdimat görüşü üçün Ağdam Rayon İcra Hakimiyyəti Başçısının müavini Xaqani Nəzərova öz təşəkkürünü bildirdi.

DOĞRU.AZ

image-6ffcca59-29ae-4415-a4f1-483be5f76020 image-35db5cd0-abe0-421a-bdb7-af65d8d7d689 image-b0b16157-b430-4287-91e5-75741bb4b256 image-c4513eb4-89a3-4bb1-a3a2-110e5eb3a829 image-feac3f11-9680-4e40-a116-539c0c818928

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki