image-2000x150px
image-comp-versiya
image-1618379111-686973-sahibe-450x250backend

Qafarovadan Fransa Senatı sədrinin açıqlamalarına kəskin reaksiya

image-728x90px

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Fransa Senatının sədri Jerar Larşenin bu günlərdə Ermənistanda verdiyi qərəzli və birtərəfli açıqlamalarına kəskin reaksiya verib.

Bu barədə “Doğru.az”-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclis Sədri bildirib ki, fransalı spiker tərəfindən verilən bəyanatlar onun ölkəsinin Minsk qrupu həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə qətiyyən uzlaşmır: “Senatın sədri öz açıqlamalarında bir tərəfdən Minsk qrupunun fəaliyyətinin yenidən canlandırılmasına, onun işinə yeni impuls verilməsinə çağırış edir, digər tərəfdən isə açıq ermənipərəst və anti-Azərbaycan, anti-Türkiyə mövqe nümayiş etdirir. Senat sədrinin Yerevanda təşkil edilmiş bir sərgidə gördüklərindən yola çıxaraq, Türkiyədə və “artsax”da “erməni mədəniyyətinin izləri”nin silinməsindən bəhs etməsi, sadə dillə desək, siyasi ciddiyyətdən uzaqdır”.

Sahibə Qafarova xüsusilə vurğulayıb ki, əgər Fransa Senatının sədri həqiqətən tərəfsiz və ədalətli olmaq niyyəti güdmüş olsa idi, səfərini təkcə Ermənistana deyil, regiona edər, Azərbaycana da rəsmi səfərə gələrdi, işğaldan yenicə azad olunmuş ərazilərimizdə 30 il ərzində Ermənistan tərəfindən törədilmiş vandalizm və barbarlığı, bu gün “Qafqazın Xiroşiması” adlandırılan Ağdam şəhərini öz gözləri ilə görmüş olardı:

“Belə bir səfər Senat sədrinə həm də ölkəmizdə digər xalqların dininə, mədəniyyətinə, tarixinə göstərilən hörmətin şahidi olmaq imkanı verərdi. Hər şeydən əvvəl, elə məhz erməni xalqının dininə və mədəniyyətinə göstərilən hörməti, Bakının mərkəzində hələ də mövcud olan erməni kilsəsini görərdi.

Bu isə ona 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində olan dini və mədəni abidələrin yerlə yeksan edilməsi, məscidlərimizdə inək və donuz saxlanılması ilə müqayisələr aparmaq imkanı verərdi. Lakin təəssüf edirəm ki, fransalı həmkarım belə bir addım atmaq yerinə, qərəzli və birtərəfli mövqe tutmağa üstünlük vermişdir”.

Spiker həmçinin Azərbaycan tərəfindən saxlanıldığı iddia olunan erməni əsilli hərbi əsirlər məsələsinə dair Senat sədrinin fikirlərini də şərh edib:

“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr Bəyanatından sonra Azərbaycan ərazisinə göndərilmiş diversant qrupunun üzvləri hərbi əsir deyil və bu cür dəyərləndirilə bilməz. Bu, ancaq bizim dediyimiz bir şey deyildir, beynəlxalq hüquq da sözügedən məsələni məhz bu cür tövsif edir. Buna görə də, Fransa Senatının sədri tərəfindən bu konteksdə Azərbaycana qarşı səsləndirilən ittihamları qəbul etmir, əvəzində cənab Larşenin bu gün də mülki əhalinin və hərbiçilərin həyatlarına son qoyan, sağlamlıqlarını itirməsinə səbəb olan minalanmış ərazilər məsələsinə diqqət yetirməyə çağırırıq. Yaxşı olardı ki, Senat sədri Fransanın Minsk qrupu həmsədri olması prizmasından çıxış edərək, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməyə məcbur edə idi. Bununla da dünya birliyinin Ermənistana bu istiqamətdə verdiyi çağırışlara dəstək vermiş olardı”.

DOĞRU.AZ 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki