image-62ecf884043b062ecf884043b1165969728462ecf884043ae62ecf884043afbackend

Qafqaz Müsəlmanları İdarəsi Londonda baş verənləri pislədi: YOLVERİLMƏZDİR!

“Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum heç də yaxşı hadisə deyil, insanların narazılığına səbəb olub”.

Doğru.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli deyib.

O bildirib ki, bu hallar hansısa bir təxribatçı qrupun din adından yalan şüarların səsləndirməsinin nəticəsidir: “Baş verənlər qəbuledilməzdir. Bu cür fikirlərin, şüarların ifadə edilməsi insanlığa böyük zərbədir. Mən bu hadisəni qətiyyətlə pisləyirəm, yolverilməzdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki