image-n1karobka_ads
image-123
image-0e81f5e3-876a-379e-a43b-637fd8b279f5_850backend

Qazaxıstan Milli Qvardiyası yeniyetmənin qətlindən sonra Talqara gətirilib

image-ad_qayo_720x110px
Qazaxıstan Milli Qvardiyası Alma-Ata vilayətinin Talqar şəhərində yeniyetmənin qətlindən və onun valideynlərinin evində baş verən yanğından sonra küçələrdə patrul xidmətinə cəlb edilib.

Bu barədə  Kazinform xəbər verir.

Milli Qvardiyanın mətbuat xidməti vurğulayıb ki, tədbirlər şəhərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib.

“Biz vətəndaşlardan baş verən hadisələrə anlayışla yanaşmalarını xahiş edirik”, – Qazaxıstan Milli Qvardiyasının nümayəndələri yerli sakinlərə müraciət edib.

Bundan əvvəl Talqarda kişilərin gəlib mal götürdüyü və pulunu vermədiyi mağaza sahibinin oğlu 16 yaşlı yeniyetmə öldürülüb. Mübahisə nəticəsində oğlan atasının müdafiəsinə qalxıb. Dava baş verib, yeniyetmə ölümcül yaralanıb.

Mənbə Kazinform

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki