Azərbaycan Hava Yollarına məxsus təyyarənin ekipajı iki dəfə Aktau hava limanında uçuş-enmə zolağına enməyə cəhd edib.
Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.
Onun sözlərini RİA Novosti sitat gətirir.
“Heyət aerodromun uçuş-enmə zolağına enməyə iki cəhd etdi, bu zaman trayektoriyada xaotik dəyişikliklər müşahidə edildi. Sonra ekipajla əlaqə kəsilib”, – deyə Karabayev bildirib.
Bundan əvvəl Qazaxıstan Fövqəladə Hallar Nazirliyi Aktauda baş vermiş təyyarə qəzasında həlak olan 38 nəfərdən 10 nəfərin artıq şəxsiyyətinin müəyyən edildiyini bildirmişdi.
DOĞRU.AZ