Orda mənbələrə istinadən xəbər verilir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəhbəri Murat Nurtleu saxlanılıb.
Doğru.az xəbər verir ki, nəşrin məlumatına görə, həmçinin iş adamı Hacı Hacıyev və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir neçə yüksək rütbəli məmuru da həbs olunub. Nurtleu və Hacıyevin evlərində axtarış aparıldığı bildirilir.
Qeyd olunur ki, avqustun ortalarında Qazaxıstan Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzi Qazaxıstan hərbi attaşesinin ofisinin əməkdaşının Polşada saxlandığını təsdiqləyib. KazTAG agentliyi isə mənbəyə istinadən əvvəl xəbər vermişdi ki, Qazaxıstanın Ukraynadakı səfirliyinin hərbi attaşe köməkçisi Polşada casusluq işi ilə əlaqədar həbs edilib.
DOĞRU.AZ