image-n1karobka_ads
image-123
Qədim Türk şəhəri hesab olunan Xunanın tarixi. FOTOLARbackend

Qədim Türk şəhəri hesab olunan Xunanın tarixi. FOTOLAR

image-ad_qayo_720x110px

Qazaxın İkinci Şıxlı kəndində yerləşən Xunan şəhərinin xarabalıqları Kür və Xram çaylarının qovuşduğu bir sahəni əhatə edir. . Orta əsr müəlliflərindən olan Əl-İstəxri məlumat verir ki, , Xunanın ərazisi təxminən 35-40 hektara qədər sahəni əhatə edir. Bu sahə Şəmkir və Gəncə şəhərlərinin ərazisinə bərabərdir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Arif Məmmədovun sözlərinə görə, Xunan yaşayış yerinin və Xunan qalasının yerinin dəqiqləşdirilməsi üçün ilkin tədqiqat işləri aparılıbdır.Tədqiqatçı araşdırmasında göstərir ki, qala yerinin divarları dəqiqləşdirilərək və həmin divarların qalıqlarının bir hissəsi üzə çıxarılıbdır.Bundan başqa həmin ərazidə təndir yerləri, ilkin istehsal ocaqlarının yerləri tapılıbdır.

Sözügedən ərazidə ilk orta əsrlər dövrünə aid xeyli maddi-mədəniyyət nümunəsi də üzə çıxarılıbdır. Bu ərazidə ərazidə aparılan tədqiqat işləri Xunanda yaşayışın XIII əsrə qədər davam etdiyini sübut edir. Çünki son arxeoloji materiallar XIII-XIV əsrdəki materiallarıdır ki, bunlar da Xunanın məhz XIII əsrdə monqol işğalları dövründə dağıdıldığını sübut edir. Arxeoloji qazıntılar Xunan qalasının III-V əsrlərdə salındığını göstərir.

Ona görə ki, belə iri şəhərlər ilk orta əsrlər dövründə bütün yaşayış məntəqələri kimi iri təpəliklərin üstündə salınır, eyni zamanda qala funksiyasını yerinə yetirirdi. Bu həm o şəhərləri sel və daşqınlardan qorumaq, həm hücumlar zamanı müdafiəni asanlaşdırmaq, həm də uzaqdan gələn ticarət karvanlarını görmək məqsədilə edilirdi.

Arif Məmmədovun sözlərinə görə, Xunan şəhərinin dəqiq yerinin aşkarlanması yeni faktlar ortaya çıxartdı. Belə ki, ilk orta əsrlərdə hər bir iri feodal şəhərinin ən azı 150 kilometrlik məsafədə mərkəz rolunu oynadığını nəzərə alsaq, onda Xunan digər Azərbaycan torpaqları olan Borçalı, Başkeçid, Basarkeçər, Şəmşəddil, İrəvan, Tiflis və s. üçün də əsas mərkəz rolunu oynamışdır”. Araşdırmaçı Musayev İlhamın və Mikayılov Qurbanın apardığı araşdırmalarda Qazax rayonunun tarixi dahada qədim zəngin tarixə gedib çıxır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki