Qənirə Paşayeva Şuşada keçiriləcək “Xarı bülbül” Muğam Festivalı ilə bağlı mühüm layihədən söhbət açıb. FOTObackend

Qənirə Paşayeva Şuşada keçiriləcək “Xarı bülbül” Muğam Festivalı ilə bağlı mühüm layihədən söhbət açıb. FOTO

Doğru.az xəbər verir ki, Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası baş tutub.Keçirilən iclasda komitənin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib.

İclasda diqqətə çatdırılıb ki, qarşıdakı sessiyada komitədə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib sənədlər üzərində iş davam etdiriləcək.

Millət vəkili Qənirə Paşayeva iclasda çıxış edərək bildirib ki, “Yaz sessiyasında komitədə görüləsi işlər xüsusilə çoxdur. Belə ki, işğaldan azad edilən Şuşa şəhərinin Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, Şuşada cari ilin may-iyun aylarında “Xarı bülbül” Muğam Festivalının və payız aylarında Molla Pənah Vaqif Poeziya günlərinin keçirilməsinin planlaşdırılması və 2021-ci ilin “Nizami ili” elan edilməsi ilə bağlı mühüm layihələr hazırlanır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki